Dünya çempionatında güləşçilərimizin ilk rəqibləri müəyyənləşib

Dünya çempionatında güləşçilərimizin ilk rəqibləri müəyyənləşib

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı start götürəcək.

Yarışın keçiriləcəyi “Laslo Papp” İdman Sarayında çempionatın ilk günündə 4 kateqoriyada mübarizə aparacaq sərbəst güləşçilərin püşkatma mərasimi keçirilib. 61, 74, 86 və 125 kiloqram çəki dərəcəsində çıxış edən pəhləvanların ilk rəqibləri müəyyənləşib.

Yığmamızın üzvlərindən ikisi təsnifat, ikisi isə 1/16 final mərhələsindən mübarizəyə başlayacaq. Təsnifat mərhələsində Pərviz İbrahimov (61 kq) kanadalı Skott Şiller, Cəmaləddin Məhəmmədov (125 kq) isə Almaniya təmsilçisi Nik Matyuxin ilə qarşılaşacaq.

Onaltıdabir final mərhələsindən mübarizəyə qoşulacaq güləşçilərimiz Abubakr Abakarov (74 kq) israilli Honak Raşamin, Murad Süleymanov isə Sudan güləşçisi Quma Bəşir ilə görüşdə gücünü sınayacaq.

Qeyd edək ki, oktyabrın 28-dək davam edəcək çempionatın görüşləri hər gün Bakı vaxtı ilə 12.30-da start götürəcək.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə