Rac Kapuru rədd edən rejissorumuz (VİDEO)

Rac Kapuru rədd edən rejissorumuz (VİDEO)
Bu gün onun doğum günüdür

Deyirlər ki, Rac Kapur onu film çəkmək üçün Hindistana dəvət etmişdi. Bəlkə də Hüseyn Seyidzadə yerinə başqası olsaydı, kiçik Azərbaycan kinosunu məmnuniyyətlə böyük Hindistan kinosuna dəyişər, o olmasın bu olsun deyərdi. Amma o “O olmasın bu olsun”u Azərbaycan kinosunda dedi. Və bu film heç də Rac Kapurun çəkildiyi Hindistan kinolarından az maraq doğurmadı. 

Hüseyn Seyidzadə 1912-ci ilin bu günü İrəvanda anadan olub. Azərbaycanın ən yaxşı filmlərinin rejissorluğunu o edib. “Dəli Kürü”, “Qaynana”nanı sevdirib bizə. 

Amma həyatı çəkdiyi filmlər qədər maraqlı olmayıb. Filmlərinə görə başı çox ağrıyıb.

“Dəli Kür”ü demək olar ki, şikəst ediblər….

“Qatır Məmməd” filmi üzərində də 4 il işləyəndən sonra onu oyundan kənar vəziyyətdə qoyublar. Filmi alıb başqa rejissora veriblər. Səbəbinə gəlincə, rejissor deyibmiş ki, bizim ssenarini niyə ruslar yazmalıdır ki? Vəssalam. Bununla da məsələ bitib…
Sonra “Dərviş Parisi partladır”. Eyni aqibəti onda da yaşayıb. Və bundan sonra ürək daha yaşamaq istəməyib. Özü həmişə deyirmiş ki, anadan olandan taleyimlə əlbəyaxadayam. 1979-cu ildə - 67 yaşında o ürəyinə və rəqiblərinə təslim oldu. Filmləri isə həmişə yaşayacaq…

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə