İtaliya Senatının sədri Dillər universitetində (VİDEO)

İtaliya Senatının sədri Dillər universitetində (VİDEO)
Senatın sədri universitetin fəxri doktoru oldu

Dillər Universitetində digər xarici dillərlə yanaşı, italyan dili də tədris olunur. Hazırda bu təhsil ocağında italyan dili kafedrası və mərkəzi fəaliyyət göstərir.

Bəlkə də elə bu səbəblər Bakıda səfərdə olab İtaliya senatının sədri Maria Elisabetta Alberti Kasellatinin yolunu bu ali məktəbdən saldı.

Universitetin Elmi Şurasının qərarı ilə İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellati Azərbaycan-İtaliya arasında ictimai-siyasi, humanitar və elm sahəsində münasibətlərin, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsindəki töhfələrinə görə, bu ali təhsil ocağının fəxri doktoru adına layiq görülüb.

Dillər Universitetinin rektoru Kamal Abdulla özünün “Yarımçıq əlyazma” romanının italyan dilində nəşrini də qonağa təqdim edib.

Maria Elisabetta Alberti Kasellati isə İtaliya Konstitusiyasının müxtəlif dillərə tərcümə olunan nəşrlərini Azərbaycan Dillər Universitetinə hədiyyə edib.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə