ABŞ Tükiyə ilə bağlı qərarını açıqlayacaq

ABŞ Tükiyə ilə bağlı qərarını açıqlayacaq
Mayk Pompeo: İndi sanksiyaların ləğvi məsələsi məntiqlidir

ABŞ dövlət katibi Mayk Pompeo ölkəsinin rahib Endryu Bransonun həbsi ilə əlaqədar Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar haqda yaxın zamanlarda qərar veriləcəyini bəyan edib.

Bu gün Türkiyəyə səfərini başa vuran M.Pompeo təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Türkiyə əleyhinə tətbiq edilən sanksiyalarla bağlı suala cavabda dövlət katibi bildirib ki, hələlik konkret qərar verilməyib.

“Yaxın vaxtlarda qərar verəcəyik. Türkiyəyə qarşı sanksiyaların artıq ləğv edilməsi məntiqlidir, amma hələlik qərar verilməyib. Bu məsələ ilə bağlı prezident Donald Trampla görüşməliyəm”, - M.Pompeo bildirib.

ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, M.Pompeonun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə səudiyyəli jurnalist Cemal Kaşıkçı, rahib Endryu Branson, Suriya məsələsi və ikitərəfli münasibətlər müzakirə olunub.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə