Dövlət Agentliyindən çökən yolla bağlı açıqlama

Dövlət Agentliyindən çökən yolla bağlı açıqlama

Paytaxtın Səməd Vurğun küçəsində yolun səki hissəsinin çökmə səbəbi orada tikinti işlərinin normalara uyğun aparılmaması və yolun dayanaqlığının öyrənilməməsidir.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, dəymiş ziyan tikinti şirkəti tərəfindən ödəniləcək: “Hazırda yola dəymiş ziyanla bağlı araşdırmalar aparılır. Artıq tikinti şirkəti ilə danışıqlar gedir, çox güman ki, yola dəymiş ziyan tam olaraq şirkət tərəfindən ödəniləcək”.

A.Nəcəfli qeyd edib ki, yolun bərpasına artıq sabahdan başlanılacaq.

Bir müddət əvvəl inşaat işlərini həyata keçirən şirkətin məsul əməkdaşı Nuran Həsənzadə Trend-ə deyib ki, binanın ətrafında tikilən istinad divarları lazımi vaxtda və düzgün şəkildə vurulub: “Yolun çökməsinin başlıca səbəbi yeraltı borulardan sızan sulardır. Hazırda ərazidə olan bütün işçi qüvvəsi problemi aradan qaldırmaq üçün əllərindən gələni edir”.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə