Krımda partlayış: ölənlərin sayı artdı (VİDEO, FOTO)

Krımda partlayış: ölənlərin sayı artdı (VİDEO, FOTO)
Putin: Faciənin səbəbləri, müxtəlif ehtimalları ətraflı şəkildə araşdırılır

"Krımın Kerç şəhərindəki texnikum binasında baş verən partlayışın səbəbləri ətraflı araşdırılır".

Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

"Baş verən hadisənin cinayət olduğu artıq məlumdur. Faciənin səbəbləri, müxtəlif ehtimalları ətraflı şəkildə araşdırılır”, - Vladimir Putin əlavə edib.

Son məlumatlara görə, Krım Muxtar Respublikasının Kerç şəhərində politexnik kollecində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

Hadisə zamanı azı 50 nəfərin yaralandığı bildirilir. Partlayışla əlaqədar Krımda 3 günlük matəm elan edilib.
 


***16:35

Krım Muxtar Respublikasının Kerç şəhərində politexnik kollecində baş vermis partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb.

Hadisə zamanı azı 50 nəfərin yaralandığı bildirilir.

Partlayışla əlaqədar Krımda 3 günlük matəm elan edilib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov hadisənin terror aktı ola biləcəyini istisna etməyib. 

“Prezident partlayışda ölənlərin ailələrinə başsağlığı verib. Yaralılara dərhal yardım edilməsi və lazımi tədbirlərin görülməsi üçün müvafiq orqanlar tapşırıq alıblar”. Dmitri Peskov belə deyib.

Milli Antiterror Komitəsi binada naməlum cihazın partladıldığını bildirib. İlkin məlumata görə, hadisəni törətməkdə günahlandirilan 22 yaşlı gənc özünü öldürüb.

Faktla bağlı araşdırma aparılır.

 


***

Krım Muxtar Respublikasının Kerç şəhərində metallurgiya texnikumunda partlayış baş verib.

Hadisə nəticəsində azı 10 nəfərin öldüyü, 70 nəfərin xəsarət aldığı bildirilir.

Hazırda hadisə yerinə çoxlu sayda təcili tibbi yardım avtomobilləri cəlb olunub.

Partlayışa nəyin səbəb olduğu məlum deyil.

Hadisənin terror aktı olması ehtimalı da araşdırılır.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə