Bibiheybətdə istinad divarının uçması sürüşmə ilə əlaqədar deyil - NAZİRLİKDƏN AÇIQLAMA

Bibiheybətdə istinad divarının uçması sürüşmə ilə əlaqədar deyil - NAZİRLİKDƏN AÇIQLAMA

Bakıda daha bir ərazidə sürüşmə prosesi baş verib.

"Report" xəbər verir ki, Bibiheybət yolunda (Bibiheybət məscidinin yaxınlığı) qeydə alınan sürüşmə zamanı istinad divarının bir hissəsi uçub.

Hazırda ərazidə təmizləmə işləri aparılır.

Qeyd edək ki, hazırda Badamdar qəsəbəsində də sürüşmə baş verir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, bu gün səhər saatlarında Bibiheybət istiqamətində gedən avtomobil yolunun sağ tərəfində qoruyucu divarın üzərinə vurulmuş üzlük daşları qoparaq asfalt üzərinə tökülüb: "Bildiririk ki, bu proses sürüşmə ilə əlaqədar deyil".

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə