İsrail şəhərləri bombalanıb - Raketlər Qəzzadan atılıb

İsrail şəhərləri bombalanıb - Raketlər Qəzzadan atılıb

REAL-ın məlumatına görə, İsrailin Baer Şeva və Quş-Dan şəhəri raket hücumuna məruz qalıb.

Rəsmi Tel-Əviv raketlərin Qəzza zolağından atıldığı bildirib.

Baer Şeva şəhərində raket yaşayış məntəqəsinə tuş gəlib. Hadisə nəticəsində insan itkisi olmayıb.

Digər raket isə, Quş-Dan şəhərində sahil bölgəsinə düşüb.

İsrail hökuməti 200 min əhalisi olan Baer Şeva şəhərinin hücuma məruz qalmasını münaqişənin ciddi şəkildə gərginləşdirilməsi kimi şərh edib.

Qeyd edək ki, bu, İsrail ilə Qəzza sektoru arasında ilin əvvəlindən etibarən 5-ci atışmadır.

İsrailin müdafiə naziri Aviqdor Liberman bildirib ki, mart ayından başlayan hücumların qarşısını almaq üçün Fələstin muxtariyyətinə sərt zərbələrin endirilməsi qaçılmazdır.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə