Cüdoçularımızın rəqibləri məlumdur - 67 ölkənin idmançıları Baham adalarında

Cüdoçularımızın rəqibləri məlumdur - 67 ölkənin idmançıları Baham adalarında

REAL-Iın məlumatına görə, Baham adalarında cüdo üzrə gənclərin dünya çempionatına start veriləcək.

İlk yarış günü 6 həmyerlimiz mundialda tatami üzərinə çıxacaq. 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Balabəy ağayev Emerson Silva və Buxçulun Davanıyam cütünün qalibi ilə qarşılaşacaq. Bu çəkidə qüvvəsini sınayan digər təmsilçimiz Rövşən Əliyev isə Livan Rodrigez Canad Feşko duelinin güclüsü ilə üz-üzə gələcək. Gənc olmasına baxmayaraq əsas yığma komandamızda möhkəmlənən Kəramət Hüseynov debütdə Çili təmsilçisi Uqo Vera ilə münasibətlərinə aydınlıq gətirəcək. İlk mərhələdə istirahət edən Tofiq Məmmədov isə Brayn Qarboa və Genki Koqa görüşünün bitməsini gözləyəcək. Məhz bu qarşılaşmadan sonra Məmmədovun rəqibinin adına aydınlıq gələcək. 

Qadınları yarışında isə Ramilə Əliyeva braziliyalı cüdoçu Amanda Arraeşlə görüşəcək. 44 kiloqramda ölkəmizi təmsil edən Şəfəq Həmidova isə İspaniya bayrağı altında çıxış edən Mireya Rodriges səddini aşmağa çalışacaq. Qeyd edək ki, dünya çempionatında mükafatlara 67 ölkədən 427 idmançı iddialıdır.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə