Mahirin göz yaşları (VİDEO)

Mahirin göz yaşları (VİDEO)
Qurban Qurbanov komandaya inanır

Futbol üzrə Azərbaycan yığma komandası Malta ilə ikinci matçda da xallar itirdi. Püşkatmadan sonra Maltanın qrupda autsayder olacağı gözlənilən idi. Kosovo və Farer adaları Malta ilə oyunda bu teoremi isbat etdi.

Təəssüf ki, millimiz Farer adalarındakı qələbənin davamı olaraq, Bakı Olimpiya stadionundakı zəfər tağının altından keçə bilmədi.

Oyun ərzində saysız qol imkanlarını boşa verən futbolçularımız görüşün taleyini dəyişə bilmədi. Kasad heyətə malik yığmamızın heyətində ciddi dəyişiklik edilməmişdi.

Bu mənada Qurban Qurbanovu başa düşmək olar. Təcrübəli mütəxəssisin ixtiyarındakı futbolçu kəmiyyəti çox deyil deyil. Elə keyfiyyəti də.

Qurbanov oyundan sonra keçirilmiş mətbuat konfransında komandasını obrazlı desək qanadının altına aldı. Hiss olunurdu ki, məşqçi hər cəhddə futbolçuların üstünə yağan tənqidlərə çətir olmaq istəyir. 

Bakı Olimpiya stadionu Mahirin göz yaşlarına inanır. Elə biz də inanırıq ki, futbolçularımız növbəti 2 oyunda azarkeşləri sevindirə biləcəklər. Uğur və uğursuzluq 1 medalın iki üzüdür. İkiüzlü medalı qazanmağın yolu bəlkə də elə səmimi göz yaşlarından keçir.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə