Rahib Branson sərbəst buraxıldı

Rahib Branson sərbəst buraxıldı
İzmir məhkəməsində amerikalı rahiblə bağlı qərar verilib

Türkiyədə saxlanılan amerikalı Rahib Endryu Branson barədə məhkəmə qərar verib.

İzmir məhkəməsində hakimlər rahib Branson barədə 3 il 1 ay 15 gün həbs cəzası verib. Bu cəza isə rahib Bransonun bu günə qədər çəkdiyi cəza ilə əvəzlənib.

Amerikalı rahib sərbəst buraxılıb. Bundan başqa, rahib E.Bransonun xaricə çıxışına qoyulan qadağa da ləğv edilib.

Endryu Branson Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasında yaranmış diplomatik gərginliyin əsas səbəblərindən biri idi.

Rəsmi Ankara onu casusluq və terrorla əlaqəli fəaliyyətdə ittiham edir.

İddialara görə, Branson Türkiyənin kürd vətəndaşlarını xrisitianlığı qəbul etməyə çağırmaqla bu ölkədə siyasi stabilliyi pozmağa çalışıb.

Xatırladaq ki, Endryu Branson 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhdən sonra keçirilən əməliyyatlar çərçivəsnidə saxlanılıb.

Branson heç bir ittihamı qəbul etmir. Amerika hökuməti dəfələrə onun sərbəst buraxılmasına çağırış edib.
 

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə