İyul terrorunun iştirakçılarından biri Moskvada tutuldu

İyul terrorunun iştirakçılarından biri Moskvada tutuldu

Azərbaycanın sorğusu əsasında axtarışda olan şəxs oktyabrın 11-də Moskvada saxlanılıb. Bu barədə haqqın.az saytı "Moskva" şəhər xəbərləri agentliyinə istinadən məlumat yayıb.

Saxlanılan şəxsin adı açıqlanmır. Bildirilir ki, onun 34 yaşı var. Terrorizm, hakimiyyətin zorla ələ keçirilməsi, dövlət əleyhinə çağırılşlar və dövlət xadiminin həyatına qəsd ittihamı ilə bu ilin iyulundan axtarışda olub. Həmin şəxs Moskvanın arxitektor Vlasov küçəsində saxlanılıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, sözügedən şəxs bu ilin iyul ayında Gəncə həyata keçirilən terror aktı ilə əlaqədar saxlanılıb.

Rusiya və Azərbaycanın müvafiq orqanları saxlanılan şəxsin ekstradisiyası məsələsini həll edirlər.

Xatırladaq ki, Azərbaycanın Baş prokuroru Zakir Qaralov bildirib ki, bu günə qədər 77 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlar müvafiq məhkəmələrin qərarları ilə həbs edilib, 11 nəfər haqqında axtarış elan edilib: “Axtarışda olan 2 nəfər tutularaq ölkəyə gətirilib. Bəzi cinayətkarların yerləri müəyyən edilib, onların da ekstradisiyası ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Həmin terror aktının təşkilatçıları və təhrikçiləri istintaq tərəfindən tam müəyyən edilib”.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə