Cahangir Hacıyevin xanımı ifşa olundu (VİDEO)

Cahangir Hacıyevin xanımı ifşa olundu (VİDEO)
Zamira Haciyeva bir dəfəyə 29 milyon xərcləyib

Böyük Britaniyanın paytaxtı Londonda “Harrods” (Herrodz) univermağında 29 milyon dollar xərcləyən sirli qadının kimliyi məlum olub.

Sözügedən qadın Zamira Hacıyeva – Azərbaycan Beynəlxalq Bankının hazırda həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşıdır.

London Ali Məhkəməsi ötən gün Zamira Hacıyevanın kimliyini gizli saxlayan müqavilə şərtini ləğv edib.

Məhkəmə ictimaiyyətin Zamira Hacıyeva haqqında bütün faktlardan xəbərdar olması üçün belə bir addım atıb.

Hacıyevanın dəbdəbəli həyatı xarici ölkələrdə rüşvətxorluqda şübhəli bilinən məmurları ifşa edən yeni qanun layihəsinin ilk hədəfinə çevrilib.

Qeyd edək ki, fevral ayında Britaniyada “Mənbəyi göstərilməyən sərvət” haqqında qanun layihəsi qəbul olunub.

Qanun layihəsinə əsasən, xarici ölkələrdə rüşvətxorluqda şübhəli bilinən məmurlar və ya onların ailələrinə məxsus mülkün əldə edilməsi üçün fondun mənbəyini göstərilmədikdə Britaniyanın Milli Cinayət Agentliyi həmin mülkin müsadirə edilməsi üçün Ali Məhkəməyə müraciət edə bilər.

Ali Məhkəmə Hacıyevanın Milli Cinayət Agentliyinə qarşı appelyasiya müraciətini rədd edib.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə