ABŞ və Almaniyadan Azərbaycana tam dəstək

ABŞ və Almaniyadan Azərbaycana tam dəstək
Beynəlxalq ictimaiyyətin sonuncu aydın mövqeyi substantiv müzakirələrə başlamaqla bağlı güclü çağırışdır

Almaniya Federativ Respublikası hökuməti Almaniya Bundestaqından ona ünvanlanan suala cavabında Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın tərkib hissəsi hesab edir və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi tanımır.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) AFR Hökumətinin Almaniya Bundestaqından gələn Almaniya-Ermənistan münasibətlərinə dair suala verdiyi cavaba və ABŞ dövlət katibinin köməkçisinin müavini C.Kentin Bakıda mətbuat açıqlamasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi mövqeyə münasibət bildirirkən deyiblər.

XİN-dən deyiblər: "Xatırlatmaq istərdik ki, Almaniyanın Federal Kansleri Angela Merkel ölkəmizə səfəri çərçivəsində eyni mövqeyi səsləndirərək Ermənistan-Azərbaycan münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının qərarları əsasında həlli səylərini dəstəklədiklərini vurğuladı.

Həmçinin ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kent Bakıya səfəri zamanı ABŞ-ın münaqişənin həlli ilə bağlı mövqeyini bir daha təkrar edərək, bu xüsusda münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi əsasında həllinin dəstəkləndiyini bəyan etdi.

Hər iki bəyanat beynəlxalq ictimaiyyətin Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin sonuncu iclasında səsləndirdiyi kimi münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini bir daha təsdiq edir".

XİN-dən bildirilib ki, beynəlxalq ictimaiyyətin bu sonuncu aydın mövqeyi Ermənistan rəhbərliyinə münaqişənin ən qısa zamanda dinc yolla həlli və işğal edilmiş Azərbaycan torpaqlarından silahlı qüvvələrin tez bir zamanda çıxarılmasına dair nəticələrə yönəlik danışıqlara geri dönmək və substantiv müzakirələrə başlamaqla bağlı güclü çağırışdır:

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin də dəfələrlə bəyan etdikləri kimi status-kvo qəbuledilməzdir və dayanıqlı deyil".

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə