Tərtər sakini minaya düşdü (VİDEO)

Tərtər sakini minaya düşdü (VİDEO)
22 yaşlı gəncin vəziyyəti ağırdır

Tərtər rayonu Həsənqaya kənd sakini neytral zonada minaya düşüb. 22 yaşlı Azad Kamandar oğlu Həsənov hazırda Bərdə Rayon Mərkəzi Xəstəxanasındadır.

Onun vəziyyətinin ağır olduğunu bildirilir.

Qeyd edək ki, bu, Kəlbəcər rayonundan məcburi köçkün olan Azad Həsənovun ailəsində yaşanan ilk faciə deyil.

Belə ki, 2016-cı ilin aprel döyüşləri ərəfəsində ermənilərin Həsənqaya kəndini artilleriya atəşinə tutması nəticəsində Azadın 16 yaşlı bacısı Həsənova Turanə Kamandar qızı həlak olmuşdu.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə