Azərbaycanda avtomobil verilən dini icmaların adları açıqlanıb - SİYAHI

Azərbaycanda avtomobil verilən dini icmaların adları açıqlanıb - SİYAHI

Azərbaycanda avtomobil verilən dini icmaların adları açıqlanıb. 

Bu barədə "Report"a Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov məlumat verib. 

Onun sözlərinə görə, Mənəvi Dəyərlərin Təbliği Fondu avtomobilləri şəxslərə deyil, dini icmalara verir: "Bunu bilmək üçün Prezidentin bu barədə sərəncamına baxmaq kifayətdir. Həmin sərəncamda göstərilir ki, Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərləri Təbliği Fonduna 400 min manat ayrılsın. Dini icmalar hüquqi şəxslərdir və hər bir icma ən azı 50 nəfəri özündə birləşdirir. Dini icmalar fəaliyyət göstərdikləri məscidlərə himayədarlıq edir, onlarla bağlı məsələləri tənzimləyirlər. Məscidlərə yüzlərlə, bəzən minlərlə insan gəlir. Dini icmalar ayin və mərasimlərin təşkili, ibadət evinin fəaliyyətinin tənzimlənməsi, maarifçilik işinin aparılması və digər məsələlərlə məşğul olur. Bunlar isə heç də kiçik məsələlər deyil. Söhbət insanların, ümumilikdə, cəmiyyətimizin dini, mənəvi tələbatının ödənilməsindən gedir. Dini icmalar, demək olar ki, ianələr hesabına maliyyələşir. Məscidlərə isə böyük məbləğdə ianələr verilmir. Bu baxımdan, dini icmaların böyük əksəriyyətinin maddi-texniki təchizatı yaxşı səviyyədə deyil. Dövlət başçısı bu reallıqları nəzərə alaraq belə sərəncam imzalayıb".

"O ki qaldı avtomobillərin hansı icmalara verilməsinə, bu, Qafqaz Müsəlmanları İdarəsinin təqdimatı və Fondun Himayəçilər Şurasının müzakirəsindən sonra baş tutub. Onu da deyim ki, dini icmalara avtomobillərin verilməsində bir neçə amil nəzərə alınıb. Məsələn, hər bir bölgədən daha çox ehtiyaclı olan, həmçinin aktivliyi ilə seçilən dini icmalar əsas götürülüb. İlkin mərhələdə 14 avtomobil verilmiş dini icmaların siyahısına baxmaq bu reallığı görmək üçün kifayətdir. Onu da qeyd edim ki, noyabr ayında daha 7 dini icmaya avtomobillərin verilməsi nəzərdə tutulub", - M.İsmayılov qeyd edib.

Hazırda avtomobillər verilən 14 dini icmanın siyahısı

1.Sabunçu rayonu Nardaran qəsəbəsi “Rəhimə Xanım Ziyaratgahı” məscidi dini icması

2.Xətai rayonu Əhmədli qəsəbə məscidi dini icması

3.Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icması

4.Balakən şəhəri “Mərkəzi Cümə” məscidi dini icması

5.Tərtər rayonu “Cümə” məscidi dini icması

6.Ağdam rayonu Xındırıstan kənd məscidi dini icması

7.Şuşa şəhəri “Gövgər Ağa Cümə” məscidi

8.Biləsuvar şəhəri “Cümə” məscidi dini icması

9.Neftçala şəhəri “Sahib Əzzaman” məscidi dini icması

10.Şəki şəhəri “Ömər Əfəndi” məscidi dini icması

11.Qusar şəhəri "Mustafa Kazdal" məscidi dini icması

12.Sabirabad şəhəri “Heydər” məscidi dini icması

13.Gədəbəy şəhəri “Cümə” məscidi dini icması

14.Qazax şəhəri “Cümə” məscidi dini icması

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunda 14 dini icmaya “Khazar SD” markalı avtomobillərin açarları təqdim edilib. 

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə