Azərbaycan - Malta matçının hakimləri açıqlanıb

Azərbaycan - Malta matçının hakimləri açıqlanıb

UEFA Millətlər Liqasının IV turunda Azərbaycan və Malta yığmaları arasında keçiriləcək matç üçün hakim təyinatları açıqlanıb.

"Report" xəbər verir ki, görüşü İvan Bebekin başçılıq etdiyi xorvatiyalı hakimlər briqadası idarə edəcək.

Ona yan xətt hakimləri Tomislav Petroviç və Miro Qrqiç yardımçı olacaq. Dördüncü hakim funksiyasını Qoran Pataqi yerinə yetirəcək. Əlavə köməkçi-hakimlər Mario Zebek və Qoran Qabrilo olacaq.

Bebek 2016/2017 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın evdə İtaliya "Fiorentina"sına 1:2 hesabı ilə məğlub olduğu oyunu da idarə edib. O, həmçinin AVRO-2008-in seçmə mərhələsində Azərbaycan yığmasının Portuqaliyaya 0:2 hesabı ilə uduzduğu oyunda da fit çalıb. Xorvatiyalı referi həmin matçın 55-ci dəqiqəsində Rauf Əliyevə qırmızı vərəqə göstərib.

41 yaşlı referi 2005/2006 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində “Neftçi”nin İslandiya “Habnarfyordyur”unu 2 cavabsız qolla üstələdiyi qarşılaşmada da iş başında olub. O, Avropa Liqasının 2015/2016 mövsümündə "Qəbələ"nin evdə Dortmund "Borussiya"sına 1:3 hesabı ilə uduzduğu qrup matçında da baş hakim olub.

Qeyd edək ki, oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-də başlayacaq. 

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə