Sensasion iddia: Jurnalisti konsulluqda mişarla doğrayıblar

Sensasion iddia: Jurnalisti konsulluqda mişarla doğrayıblar
“The New York Times”a bu barədə yüksək vəzifəli Türkiyə rəsmisi deyib

Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğundan yoxa çıxan jurnalist Cemal Kaşıkçı öldürülüb və onun meyiti elektrik mişarı ilə hissələrə bölünərək konsulluq ərazisindən çıxarılıb.

Bu barədə “The New York Times”-a adı gizli saxlanılan yüksək vəzifəli Türkiyə rəsmisi xəbər verir.

Məlumata görə, Kaşıkçını məhv etmək üçün Səudiyyə Ərəbistanından 15 nəfərdən ibarət xüsusi qrup gəlib.

Türkiyənin dövlət televisiyası Səudiyyə Ərəbistanından olan jurnalist Cemal Kaşıkçının qətlində şübhəli bilinən 15 nəfərlik dəstə üzvlərinin görüntülərini yayımlayıb.

Xatırladaq ki, Cemal Kaşıkçı, 8 gün əvvəl Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra itkin düşüb.

Təhlükəsizlik kameralarına düşən kadrlarda dəstə üzvlərinin şəxsi təyyarə ilə hava limanına gəldikləri, daha sonra otelə yerləşdikləri müşahidə olunur.

Daha sonra onlar konsulluğa gəlir. Konsulluğun qarşısında avtomobillərin hərəkəti müşahidə edilir. Bir qədər sonra Cemal Kaşıkçı konsulluğun binasına daxil olur və bir daha çölə çıxmır. Təxminən, 1 saat 45 dəqiqə sonra konsulluğun ərazisini iki avtomobil tərk edir.

Bundan başqa, konsulluğun binası qarşısında Kaşıkçının nişanlısı Xədicəni də görmək olur. O, əlində telefonla kiminləsə, danışır.

Gələcək həyat yoldaşının itkin düşməsi ilə bağlı məhz Xədicə polisə məlumat verib. Türkiyəli rəsmilər sözügedən dəstə üzvlərinin juranlisti öldürdüyündən şübhələnirlər.

Qeyd edək ki, Camal Kaşıkçı Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanla bağlı tənqidi məqalələr dərc edib.

“Jurnalist Cemal Kaşıkçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında saxlanılacağından ABŞ kəşfiyyatının xəbəri olub”. Bu məlumatı “Washington Post” yayıb.

Bildirilib ki, ABŞ kəşfiyyatı telefon danışıqları əsasında Səudiyyə Ərbəistanın hakimiyyəti təmsilçilərinin müxalif düşüncəli jurnalist Cemal Kaşıkçını konsulluğun binasında saxlayacaqlarını bilirmiş. Məlumata əsasən, onu şirnikləndirərək, Səudiyyə Ərəbistanına aparıb, tutmağı planlaşdırıblarmış.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə