UEFA Millətlər Liqasının iştirakçıları üçün mükafatlar artırıldı

UEFA Millətlər Liqasının iştirakçıları üçün mükafatlar artırıldı

UEFA Millətlər Liqasının iştirakçıları üçün mükafatlar artırılıb.

"Report" UEFA-nın saytına istinadən xəbər verir ki, qurum turnirdə iştirak edən ölkələrin məbləğlərini 50 faiz artırıb.

UEFA A, B, C və D liqalarında yer alan yığmalara müvafiq olaraq, 2.25 milyon avro, 1,5 milyon avro, 1,12 milyon avro və 750 min avro (əvvəlki məbləğlər - 1,5 milyon avro, 1 milyon avro, 750 min avro və 500 min avro) ödəyəcək. Bütün liqalarda qrupda birinci yeri tutan komandalar öz mükafatlarını ikiqat artırmış olacaqlar. 

2019-cu ilin iyununda A liqasının qrup qalibləri arasında təşkil olunacaq final mərhələsi üçün də mükafatlar artırılıb. Çempion komanda 6 milyon avro, finalçı 4,5 milyon avro, 3-cü yerin sahibi 3,5 milyon avro, 4-cü yer isə 2,5 milyon avro (əvvəlki məbləğlər - 4,5 milyon avro, finalçı 3,5 milyon avro, 3-cü yerin sahibi 2,5 milyon avro, 4-cü yer isə 1,5 milyon avro) əldə edəcək.

Qeyd edək ki, UEFA Millətlər Liqasının qalibi, ümumilikdə, 10.5 milyon avro qazanacaq. Azərbaycan millisi turnirdə D Liqasının III qrupunda Kosova, Malta və Farer adaları ilə mübarizə aparır. Yığma oktyabrın 11-i III tur çərçivəsində səfərdə Farer adaları ilə qarşılaşacaq.

Digər xəbərlər
Dünən
08 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə