Boksçumuz erməni rəqibini üstələdi (VİDEO)

Boksçumuz erməni rəqibini üstələdi (VİDEO)
Zamanov Alaberkyana qalib gəldi

Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyinə start verilib. Otuz bir ölkənin təmsil olunduğu yarışın ilk günü millimizin iki üzvü rinqə çıxıb.

48 kiloqram çəki dərəcəsində mübarizə aparan Əli Zamanov ilk görüşündə Ermənistan təmsilçisi Hayk Alaberkyan ilə üz-üzə gəlib. 

Qarşılaşma boksçumuzun 5:0 hesablı zəfəri ilə yekunlaşıb. İdmançımız 1/8 finalda Rusiyanı təmsil edən Eduard Voskanyan ilə üz-üzə gələcək.

Ə.Zamanovdan fərqli olaraq Zeynəb Rəhimovanın debütü uğurlu alınmayıb. Həmyerlimiz ingiltərəli Saşa Hikkiyə 0:5 hesabı ilə məğlub olub.

Yarışın ikinci günündə Ə.Zamanov ilə yanaşı, daha 5 boksçumuz qüvvəsini sınayacaq. Əzrək Bəbirov 54 kq-da çexiyalı Dominik Stepaneklə münasibətlərinə aydınlıq gətirəcək.

57 kiloqramda ölkəmizi təmsil edən Turğay Mirzəyev serbiyalı Branko Zeremski ilə döyüşəcək.

Eldar Babayevin rəqibi belaruslu Yan Krukovski olacaq. Elmir Novruzovla Mehman Quliyev müvafiq olaraq şotlandiyalı Cey Delaney və monteneqrolu Miloş Krasniçlə görüşdə qələbə qazanmağa çalışacaq.

Qeyd edək ki, Avropa birinciliyinə oktyabrın 16-da yekun vurulacaq.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə