Nizami Kino Mərkəzi beynəlxalq forumda Azərbaycanı təmsil edib

Nizami Kino Mərkəzi beynəlxalq forumda Azərbaycanı təmsil edib
Forumda ümumilikdə 200 nümayəndə iştirak edib

Britaniya Şurasının təşəbbüsü ilə Ukraynada keçirilən “Unlimited: Sərhədsiz incəsənət” Forumunda Azərbaycandan da nümayəndələr iştirak edib.

Real TV Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, forumda Britaniya, Ukrayna, Azərbaycan və Gürcüstandan ümumilikdə 200 nümayəndə  iştirak edib.         

“Britis Council” Azərbaycanın nümayəndə heyəti ilə birgə  Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyevə  Kiyevdə keçirilən “Unlimited: Sərhədsiz incəsənət”  forumunda iştirak edib.   

Panel diskussiyaları zamanı Leyli Mirzəyeva çıxış edib, O, forum iştirakçılarına Azərbaycanda ilk dəfə Nizami Mərkəzinidə “Kino hər kəs üçün” layihəsi barədə məlumat verib. L.Mirzəyeva layihə çərçivəsində danişma və eşitmə qabiliyyəti məhdud  olan insanlar üçün xüsusi surdotərcümə olunmuş film nümayişlərinin təşkili haqqında təcrübə ilə bölüşüb.

Xatırladaq  ki, inklyuziv layihələr  sırasında bu yaxınlarda  Nizami Kino Mərkəzində görmə qabiliyyəti məhdud olan insanlar üçün də kino nümayişləri təskil olunacaq.

Digər xəbərlər
Dünən
14 İyul

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə