Kəmər çempiondan alınmayacaq

Kəmər çempiondan alınmayacaq
Həbib fanatları ilə görüşdü

UFC versiyası üzrə dünya çempionu Həbib Nurməhəmmədovun çempionluq kəməri döyüşçüdən alınmayacaq. Bu barədə UFC-nin prezidenti Dana uayt məlumat verib.

Federasiya rəhbərinin sözlərinə görə Makqreqor pul mükafatını alıb, Həbib isə 2 milyon dollar məbləğində qonorarın bir hissəsindən məhrum edilə bilər.

Pul cəzası ilə yanaşı Nurməhəmmədovun yaxın 4-6 ayda birləşmiş ştatlar ərazisində döyüşünə qadağa qoyulması da gündəmdədir.

Ancaq istənilən halda idmançının kəməri özündə qalacaq.Döyüşçü isə öz növbəsində Maxaçqalada yerləşən Anji Arenada azarkeşləri ilə görüşüb.

15 min azarkeşin iştirak etdiyi görüş cəmi 15 dəqiqə davam edib. Fanatlar kütləvi halda tribunaları tərk edərək çempionun dayandığı səhnəyə yaxınlaşmağa cəhd ediblər. Bu səbəbdən təşkilatçılar tədbiri vaxtından tez yekunlaşdırmalı olublar.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə