Bu gün məktub yazan varmı? - VİDEO

Bu gün məktub yazan varmı? - VİDEO

Oktyabrın 9-u Ümumdünya Poçt Günü kimi qeyd olunur. Ümumdünya Poçt Günü Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranma tarixi ilə bağlıdır. Ümumdünya Poçt İttifaqı poçt əlaqələrini təmin etmək və təkmilləşdirmək məqsədilə 1874-cü il oktyabrın 9-da İsveçrənin paytaxtında 22 ölkənin nümayəndələrinin imzaladığı Bern müqaviləsi ilə beynəlxalq təşkilat kimi təsis olunub. 9 oktyabrın Ümumdünya Poçt Günü kimi qeyd olunması ilə bağlı qərar isə 1969-cu ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən ÜPİ-nin konqresində qəbul olunub.

192 ölkəni özündə birləşdirən ümumdünya Poçt İttifaqının baş qərargahı Berndə yerləşir.

Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən sonra bir çox beynəlxalq təşkilatlarla yanaşı, 1993-cü ilin aprel ayında ÜPİ-yə üzv qəbul olunub və hazırda tamhüquqlu üzv kimi fəaliyyət göstərir. Müstəqil ölkə kimi ÜPİ üzvü olduğu qısa zaman ərzində Azərbaycan poçtu ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi, çox sürətli inkişaf yolu keçmiş və öz fəaliyyətinin ÜPİ-nin müəyyən etdiyi beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində mühüm uğurlar əldə edib.

Bu il Azərbaycan poçtu öz 200 illik yubileyini qeyd edib. Azərbaycanda poçt rabitəsi Səfəvilərin hakimiyyəti dövründə (XVI əsr) inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir. 1818-ci il iyunun 1-də Gəncə şəhərində ilk poçt kontoru açılıb.

Hazırda “Azərpoçt ”MMC-nin 63 poçt filialı, 7 rabitə qovşağı, 4 törəmə müəssisə, 1497 poçt şöbəsi və 83 poçt agentliyi mövcuddur.

“Real İntervyu” proqramının qonağı 73 saylı poçt şöbəsinin rəisi Yeganə Tağıyeva olub. 
 

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə