Yığmamız Yaponiyaya yollanır

Yığmamız Yaponiyaya yollanır
Tokioda 12 həmyerlimiz yarışacaq

Karate üzrə Azərbaycan yığma komandası Yaponiyanın paytaxtı Tokioda start götürəcək Premyer Liqa turnirində iştirak edəcək.

Üç gün davam edəcək turnirdə yığma komandamızın 12 üzvü mübarizə aparacaq. 60 kiloqramda məşqçilər heyəti Firdovsi Fərzəliyevə şans verəcək.

Tural Ağalarzadə və Rafiz Həsənov 67 kiloqram çəki dərəcəsində qüvvəsini sınayacaq. Rafael Ağayev 75, Ayxan Mamayev 84 lkiloqramda mükafatlara iddialıdır.

Şahin Atamov və Asiman Qurbanlı ən ağırların yarışında bacarığını nümayiş etdirəcək. Qadın karateçilərimizdən Nuranə Əliyeva, İlahə Qasımova, Fəridə Abiyeva və İrina Zaretska ümidləri doğrultmağa səy göstərəcək. Kata yarışlarında ölkəmizi Roman Heydərov təmsil edəcək.

Qeyd edək ki, bü gün Yaponiyaya yola düşən Azərbaycan millisi oktyabr 16-da Bakıya qayıdacaq. Qeyd edək ki, Tokio turniri noyabr ayında İspaniyada keçiriləcək dünya çempionatına yekun hazırlıq yarışıdır.

Digər xəbərlər
Dünən
15 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə