ABŞ dövlət katibi Şimali Koreyada

ABŞ dövlət katibi Şimali Koreyada

ABŞ dövlət katibi Maykl Pompeo Pxenyana səfər edərək KXDR lideri Kim Çen Inla görüşüb.

Bu barədə Ağ Ev rəsmisi "Twitter" səhifəsində yazıb.

"Kim Çen Inla görüşmək üçün Pxenyana səfərim əla oldu. Biz Sinqapurda keçirilən sammitdə əldə olunmuş sazişlər üzrə irəliləyişə nail olmaqda davam edirik", - deyə Pompeo "Twitter"dəki səhifəsində yazıb.

 


***

ABŞ-ın dövlət katibi Mayk Pompeonun Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfəri başlayıb.

Bir günlük səfər zamanı M.Pompeo KXDR lideri Kim Çen In ilə görüşərək Şimali Koreyanın nüvə silahı proqramının dayandırılması və yarımadada sülhün təminatı məsələsini müzakirə edəcək.

ABŞ dövlət katibi Pxenyandan sonra Cənubi Koreyaya və Çinə səfər edəcək, KXDR səfərinin nəticələrinə dair müzakirələr aparacaq.

Qeyd edək ki, bu, M.Pompeonun Şimali Koreyaya 4-cü səfəridir. Budəfəki səfər zamanı ABŞ və KXDR liderlərinin növbəti görüşünə hazırlıq məsələsinin də müzakirə olunacağı güman edilir.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə