Netanyahu: Yaxın vaxtlarda Putinlə görüşəcəm

Netanyahu: Yaxın vaxtlarda Putinlə görüşəcəm

İsrailin baş naziri Benyamin Netanyahu yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini bildirib. Onun sözlərinə görə, bununla bağlı razılıq əldə olunub.

B.Netanyahu bu barədə Nazirlər Kabinetinin iclasında bəyan edib.

Qeyd edib ki, görüşdə təhlükəsizlik sahəsində əməkdaşlığın davam etdirilməsi üzrə məsələlər müzakirə olunacaq.

“Bi müddət əvvəl prezident Putinlə danışmışdım. Biz təhlükəsizlik sahəsində koordinasiyanın davam etdirilməsini müzakirə etmək üçün yaxın vaxtlarda görüşün keçirilməsinə dair razılaşdıq”, - Netanyahu Nazirlər Kabinetinin iclasında bildirib.

Baş nazirin iclası Facebook-da canlı yayımlanıb.

Sentyabrın 18-də Suriyada Rusiya Hərbi Hava Qüvvələrinə məxsus “İl 20” təyyarəsi raketlə vurulub. Təyyarədə olan 15 hərbçi ölüb. Təyyarənin vurulmasında Rusiya tərəfi İsraili günahlandırıb.

Hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Sentyabrın 24-də Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, “İl 20” təyyarəsinin vurulması bə Rusiya hərbi qulluqçularının həlak olmasına görə sərt cavab tədbirləri görüləcək.

Müdafiə naziri Sergey Şoyqu bildirib ki, Suriyada Rusiyanın “S-300” zenit-raket kompleksləri yerləşdiriləcək. 2013-cü ildə Rusiya İsrailin xahişi ilə Suriyaya “S-300” ZRK-larını göndərməmişdi.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə