Bakıdan Fransaya aparan yol - VİDEO

Bakıdan Fransaya aparan yol - VİDEO
Bakı Fransız Liseyinin məzunlarına iki ölkənin attestatı verilir

Bakı Fransız Liseyi. Ağ şəhərin qoynundakı Paris məhəlləsində əsl Avropa mühiti. Müasir memarlıq üslubunda inşa olunan liseyin binası əslində içəridıki mühitdən xəbər verir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan təhsil kompleksinin təməli sabiq Prezidenti Nikola Sarkozinin 2011-ci ildə ölkəmizə səfəri çərçivəsində hökümətlərarası xüsusi razılaşma əsasında qoyulub. Sarkozidən sonra onun xələfi olan Fransa Respublikasının Prezidenti Fransua Olland da 2014-cü ildə Azərbaycana rsmi səfəri çərçivəsində yolunu bu liseydən salıb, aparılan tikinti işləri ilə tanış olub. Ollandın lisey həyətində əkdiyi ağac da ondan bir xatirədir. Çinar böyüməkdə, Fransa -Azərbaycan münasibətləri daha da möhkəmlənməkdə davam edir.

Burada təlim-tədris üçün bütün şərait yaradılıb. Necə deyərlər hər şey fransız incəliyi ilə işlənib. Məktəbin ktabxanası, yüksək səviyyədə təchiz olunmuş fizika, kimya və biologiya labaratoriyaları var. Siniflər smart lövhələrlə təchiz edilib. Liseyin tədris planı uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı əsasında qurulub. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılır. Fransızlar demiş əsl müsyö olan liseyin direktoru fransalı Filip Siro ilə söhbətimizə ibtidai sinif otaqlarından birində başlayırıq. Filip Siro işindən və Azərbaycanda olmasından məmnundur. İxtisasca müəllim olması isə necə deyərlər özünü burda suda balıq kimi hiss etməsinə səbəbdir.

Filip Siro, Bakı Fransız Liseyinin direktoru: “Proqram Fransa və Azərbycan Təhsil nazirlikləri ilə razılaşdırılmış proqram əsasında həyata keçilir. Əsasən fransa proqramı ilə dərslər aparılır. Amma azərbaycanla bağlı dərslər də keçirilir. Bu məktəbi bitirdikdə şagirdlər iki atestat ala biləcəklər Həm fransanın həm azərbaycanın.Burda bir şey şagirdlərin inkişafı üçün nəzərdə tutulub. Bakı Fransız liseyi Azərbaycan və Fransa əməkdaşlığının əsasında qurulmuş bir lisey olduğuna görə burada hər iki ölkənin mədəniyyəti təbliğ olunur. Şagirdlərimizin əksəriyyəti azərbaycanlıdır. Biz liseydə daha çox uşaqların sərbəstliyinə və bir neçə əcnəbi dil öyrənməsinə şərait yaradırıq. Bizim liseyin məzunları gələcəkdə təhsillərini xarici ölkələrdə davam etdirmək imkanına da malikdirlər”. 

Lisey bağça, ibtidai məktəb və kollec-liseydən ibarətdir. Kollektivdə xarici mütəxəssislərlə yanaşı azərbaycanlı müəllimlər də çalışır. Azərbaycan vətəndaşlarının övladları üçün əlavə olaraq Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa əsasən Azərbaycan dili, altıncı sinifdən etibarən isə həmçinin Azərbaycan ədəbiyyatı, tarixi və coğrafiyası fənləri tədris edilir. Uşaqlara ikinci dil olaraq ingilis dili tədris olunur. Əlavə olaraq üçüncü xarici dil kimi şagirdlər bu dillər arasında da seçim edə bilərlər: rus, italyan, alman, ispan, ivrit, ərəb cin və s. İxtisasca pedoqoq olması Filip Sironun xasiyyətinə də sirayət edib.Elə bu səbəbdən də böyüklə böyük,kiçiklə kiçikliyi bacaran direktorla işləmək hər bir əməkdşa asandır.

Filip Siro, Bakı Fransız Liseyinin direktoru: “Bu məktəbin açılması fransa-azərbaycan əlaqələrinijn möhkəmlənməsinə bir töhfə oldu. Fransa-Azərbaycan əlaqələri dedikdə ilk növbədə mədəniyyət təhsil və iqtisadi əlaqələr yada düşür. Bilirsiniz ki, Fransız təhsili dünyada ən güclü təhsil sistemlərindən biridir. Bizdə təkcə fransız müəllimlər deyil azərbaycanlı müəllimlər də çalışır və onlar azərbaycanlı uşaqların dil öyrənməsində kömək edirlər. Ümumiyyətlə azərbaycanlı uşaqlar çox çalışqandırlar. elə uşaqlar var ki, yaşlarının az olmasına baxmayaraq 2-3 əcnəbi dil bilirlər”.

Çəkilişimiz nahar vaxtına təsadüf etdiyindən bağçada uşaqlar yatmağa hazırlaşır. Uşaq isə hər yerdə uşaqdır. şıltaqlıqlarından qalmırlar. Onlar yatmağa, biz isə körpələrə yaradılan şəraitlə tanışlığımıza davam edirik. Diqqətimi koridor divarındakı xüsusi stend çəkir. Tam bir tarixi səhifə. Stenddə liseyin inşa tarixindən tutmuş bura baş çəkməyə gələn hər iki dövlət rəsmilərinin fotoları var. Baş çəkmək demiş lseyin mütləq baş çəkilməli olan bir guşəsi də kitabxanadır.

Klassik məktəb ənənəsindən uzaq olan fransız liseyində dərslər də maraqlı keçir. Test tapşırıqlarını yerinə yetirən 9-cu sinifin tarix dərsinə Malek müəllimin xüsusi icazəsi ilə giririk. 

Əslən Tunisdən olan gənc müəllim Malek Makavi təkcə tarix deyil, həmçinin coğrafiya və fransız dilini tədris edir. 2-ci ildir ki,Azərbaycanda həm də bu liseydədir. Şərqdən olsa da əsl Avropa adamıdır. Azərbaycanda olmaqdan məmnundur.Ən azından xəritədə ona uzaq görünən bir ölkə ilə bu qədər yaxınlaşdığı üçün.

Malek Makavi, Bakı Fransız Liseyinin müəllimi: “Azərbaycan çox maraqlı bir ölkədir. Xüsusilə infrastruktur baxımından. Mən azərbaycanı orta məktəbdə oxuyarkən sovet ölkəsi kimi tanımışam.Yəni bilgilərim yalnız xəritə üzərində olub. bura gələndə isə mən bu ölkə ilə yaxından tanış oldum. Bakının müasirliyi infrastrukturu iri prospektləri mənin xoşuma gəldi. sonra mən quba,ismayıllı və digər bir neçə dağlıq rayonlarda oldum və Azərbaycanın təbiəti məni valeh etdi. Bakı bulvarını isə daha çox sevdim çünki ora mənə Tunisi xatırladır”.

Malek Makavi liseydə dərs keçən 11 əcnəbi müəllimdən biridir. Digər sinif otağında riyaziyyatdan dərs verən müəllim də əcnəbidir. Dərsi pozmuruq. Liseyin idman kompleksində isə səssizliyi istirahət üçün zala enən uşaqların şıltaqlığı pozur. 

Fransız liseyindən bir qucaq təəssüratla ayrılıram. Burda təhsilini başa vuracaq şagirdlər isə illər sonra bu liseydən böyük uğurların başlanğıcı üçün ayrılacaqlar.
 

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə