Makqreqor çəki mərasimində Nurməhəmmədovu vurmaq istəyib - VİDEO

Makqreqor çəki mərasimində Nurməhəmmədovu vurmaq istəyib - VİDEO

İrlandiyalı qarışıq idman növləri üzrə döyüşçü Konor Makqreqor Qaydasız Döyüş Çempionatının (UFC) rusiyalı qalibi Həbib Nurməhəmmədov ilə baxış dueli zamanı onun əlindən vuraraq dava salmaq istəyib.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə Las-Veqasda "UFC 229" iştirakçılarının çəkilərinin müəyyən edilməsi mərasimində baş verib.

Nurməhəmmədov - Makqreqor döyüşü bazar günü səhər, Bakı vaxtı ilə təqribən 8-də başlayacaq.

Turniröncəsi təntənəli rəsmi çəki mərasimində hər iki idmançı yüngül çəki normasına uyğun gəlib (70,3 kq - Nurməhəmmədov, 70,1 kq - Makqreqor). Odur ki, döyüşün keçirilməməsi üçün heç bir təhlükə yoxdur. Lakin gözlənilməz vəziyyət yaranacağı təqdirdə rinqə rusiyalı və ya irlandiyalı əvəzinə amerikalı Toni Ferqüsson çıxa bilər.

 

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə