“Qarabağ” və “Arsenal”ın start heyətləri

“Qarabağ” və “Arsenal”ın start heyətləri

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində oktyabrın 4-də saat 20:55-də başlayacaq “Qarabağ” – “Arsenal” görüşü üçün komandaların start heyətləri açıqlanıb.

“Qarabağ”ın start heyətində Vaqner, Qara Qarayev, Maksim Medvedev (k), İnnosent Emeqara, Abdella Zubir, Mahir Mədətov, Filip Ozobiç, Yakup Jezniçak, Bədavi Hüseynov, Ansi Aqolli və Miçel yer alıblar.

“Arsenal” klubunun ilk onbirliyində isə meydana Bernd Leno, Sokratis Papastathopoulos, Rob Holdinq, Naço Monreal (k), Stefan Lixtştayner, Aleks İvobi, Dani Uelbek, Məhəmməd Elneni, Emil Smit Rove, Matteo Qenduzi və Sead Kolaşınaç çıxacaqlar.

Baki Olimpiya stadionunda keçiriləcək qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edəcək. Matçın əsas hakimi Davide Massa olacaq. Filippo Meli və Alessandro Kostantso yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.

E qrupunun digər oyunu Ukraynada oynanılacaq. “Vorskla” klubu Portuqaliyanın “Sportinq” komandasını qəbul edəcək.

Xatırladaq ki, qrup mərhələsinin birinci turunda “Arsenal” klubu “Vorskla”nı (4:2), “Sportinq” isə “Qarabağ” komandasını (2:0) məğlubiyyətə uğratmışdı.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə