Millimiz mundialin 2-ci mərhələsində

Millimiz mundialin 2-ci mərhələsində
Komandamız Tailandla qarşılaşıb

Dünya çempionatında mübarizə aparan voleybol üzrə Azərbaycan yığma komandası C qrupunun son matçında Tailand kollektivi ilə qarşılaşıb.

İlk setdə rəqibinə 22-25 hesabı ilə uduzmuş voleybolçularımız ikinci partiyada ümumi hesaba tarazlıq gətiriblər - 25-15.

Amma voleybolçularımız sonrakı hissələrdə rəqibin sürətli hücumlarının qarşısını ala bilməyiblər. 3-cü partiyada zəriflərimiz Tailandlı həmcinslərinin 25 dəqiq zərbəsinə 19 dəfə cavab verə biliblər.

4-cü setdə də millimiz rəqibə ciddi müqavimət göstərə bilməyib. 17-25. Qarşılaşmanın ən məhsuldar voleybolçusu yığmamızın üzvü Polina Rəhimova seçilib.

Rəhimova 25 dəqiq zərbə ilə yadda qalıb. Məğlubiyyətə baxmayaraq seçməmiz 4-cü yerin sahibi kimi dünya çempionatında ikinci qrup mərhələsinə adlayıb.

Bu mərhələdə təmsilçilərimiz İtaliya, Çin, Rusiya, Amerika birləşmiş ştatları, Tailand, Türkiyə və Bolqarıstan yığmaları ilə üz-üzə gələcək. Bu qrupda ilk 3 yeri tutacaq kollektivlər 3-cü mərhələyə vəsiqə əldə edəcək.

Digər xəbərlər
Dünən
15 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə