Alim Qasımov və Sami Yusuf birlikdə Bakıda çıxış edəcək (FOTO)

Alim Qasımov və Sami Yusuf birlikdə Bakıda çıxış edəcək (FOTO)

Böyük Britaniyada yaşayan məşhur müğənni Sami Yusif Bakıya gəlib.

O, 27-30 sentyabr tarixlərində keçiriləcək “Nəsimi – şeir, sənət və mənəviyyat” festivalında iştirak edəcək.

Sami Yusuf dünyada məşhur olan Alim Qasımov ilə festivalda çıxış edəcək.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı başlayıb. Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır.

27-30 sentyabr tarixlərində keçiriləcək festival Nəsiminin fəlsəfi baxışlarını əks etdirən "Simadan - asimana" və onun öz kəlamından götürülən "Zərrə mənəm, günəş mənəm..." şüarları ilə təşkil olunub.

Digər xəbərlər
Dünən
08 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə