Mir Şahinin vaxtı (VİDEO, 23.09.2018)

Mir Şahinin vaxtı (VİDEO, 23.09.2018)

Maddi və ruhani, dini və dünyəvi dəyərlərin parket münasibətində olduğu bir həftədən keçdik. Azərbaycanın respublika yaşının 100 ilinin içində cümhuriyyətin başına gələn adamlardan, hadisələrdən bu həftə də danışdıq.

Bütünlüklə cümhuriyyət ili elan olunmuş 2018-ci ildə parlamentin 100 yaşının qeyd olunması bu həftəyə təsadüf etdi. Prezident İlham Əliyevin iştirakı və çıxışıyla xüsusiləşən bu dəfəki Milli Məclisdə  bir rəmzilik var idi. Parlament, o zamanın təbirincə desək parlaman öz ad gününü sadəcə Azərbaycanın Milli Məclisi kimi qeyd etmirdi.

100 yaşlı Azərbaycan Parlamentinə dünyanın hər yerindən gələn qonaqlar Şərqin ilk Parlamentini daha geniş formata, milli Avropa məclisinə,sanki bir Birləşmiş Millətlər təşkilatına çevirmişdilər. Azərbaycan Prezidenti isə sanki eyni zamanda bütün dünyanın qanunverici qurumları qarşısında çıxış edirdi. Azərbaycanın uğurları və problemləri barədə demək olar ki, bütün dünyaya hesabat verirdi.

İlham Əliyevin çıxışı əslində burada təmsil olunan əksər dövlətlərə eyham və açıq işarələrlə dolu bir zərf kimi ünvanlanmışdı. Prezident Azərbaycan Parlamentinin yaranması münasibətilə tək yerli millət vəkillərini yox, dünyanı təbrik edirdi

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə