Luka Modriçə həbs cəzası kəsilib

Luka Modriçə həbs cəzası kəsilib

İspaniyanın “Real Madrid” klubunun və Xorvatiya millisinin futbolçusu Luka Modriçə həbs cəzası kəsilib.

"Report" "EL Mundo" nəşrinə istinadən xəbər verir ki, İpsaniya məhkəməsi vergidən yayındığına görə, 33 yaşlı yarımmüdafiəçiyə 8 aylıq həbs cəzası verib.

İspaniya qanunlarına əsasən, oyunçu həbs cəzasını pul ödəməklə əvəzləyə bilər. Beləliklə o, İspaniya hökümətilə əldə etdiyi razılığa əsasən 60 min avro ödəməklə həbs cəzası çəkməkdən azad olunacaq.

Xorvatiyalı futbolçu bundan əvvəl də İspaniya hökumətinə vergidən yayındığına görə 1 milyon 200 min avro cərimə ödəmişdi.

Qeyd edək ki, İspaniya höküməti vergi borcuna görə Lionel Messi, Kriştianu Ronaldu, Marselo və portuqaliyalı baş məşqçi Joze Mourinyonu da cərimələyib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə