İranda hərbi paradda terror aktı nəticəsində ölənlərin sayı artıb - VİDEO, FOTO, YENİLƏNİB

İranda hərbi paradda terror aktı nəticəsində ölənlərin sayı artıb - VİDEO, FOTO, YENİLƏNİB

İranın Əhvaz şəhərində hərbi parad zamanı baş verən terror aktı nəticəsində ölənlərin sayı 28-ə çatıb.

Bunu İran parlamentində müdafiə komitəsinin rəhbərinin müavini Əbu Fadl Bigi deyib. Onun sözlərinə görə, hadisə nəticəsində həmçinin 60 nəfər yaralanıb.

Qeyd olunur ki, hücum edən şəxslərdən 3-ü yerində məhv edilib, qalanları isə xəstəxanada ölüb.

***

İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

***

İranda hərbi parad zamanı törədilən terror aktı qurbanlarının sayı 11 nəfərə çatıb, 30-dan çox insan yaralanıb. Zərərçəkənlər arasında uşaqlar və qadınlar da var.

Silahlı hücum təxminən 10 dəqiqə davam edib. Həlak olanlardan 8-i hərbçidir.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, terror aktı zamanı 20 nəfər yaralanıb, terrorçulardan 4-ü öldürülüb.

Hücumun məsuliyyətini “Əl Əhvaziyə” terror təşkilatı üzərinə götürüb.

***

İranın cənubunda yerləşən Xuzistan əyalətinin Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində ölən hərbçilərin sayı 10-a çatıb, 21 nəfər yaralanıb, 2 terrorçu zərərsizləşdirilib .

***

İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb.

“Report” xəbər verir ki, bu məlumatı Türkiyə KİV-ləri yayıb.

Qeyd edək ki, sentyabrın 22-də “Müqəddəs müdafiə” həftəsinin birinci günü başlayıb. Bu münasibətlə İran İnqilab Keşikçiləri Qvardiyası və Ordu Tehran da daxil olmaqla İranın bütün şəhərlərində hərbi parad keçirir. Ölkə paytaxtında keçirilən bu tədbirdə İslam Respublikasının prezidenti Həsən Ruhani və parlamentin sədri Əli Laricani iştirak edib.

Bu tədbirə körfəzdə və Bəndərabbas limanından 600 döyüş gəmisi də qatılıb. 

Digər xəbərlər
Dünən
15 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə