Sergey Lavrov: İdlibdə silahsız bölgə müvəqqətidir

Sergey Lavrov: İdlibdə silahsız bölgə müvəqqətidir

Rusiya İdlib məsələsində Türkiyə ilə razılığa gəlib.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bosniya və Herseqovina prezidiumunun üzvü Bakir İzetbeqoviçlə görüşündə deyib.

Lavrov çıxışı zamanı bildirib ki, Türkiyə və Rusiya Suriyadakı terrorizm təhdidlərini məhv etməyi qarşısına məqsəd qoyub.

Rusiyalı ali diplomatın sözlərinə görə, rəsmi Moskva ilə Ankara arasında İdlibdə yaradılacaq demilitarizə olunmuş bölgənin sərhədləri və ölçülərinə dair razılışma əldə olunub. Lavrov, bununla belə, bu bölgənin müvəqqəti olduğunu vurğulayıb.

“Bu addımı atmaq vacib idi. Çünki silahsız bölgə İdlibin de-eskalasiya zonasından Suriya ordusunun mövqeləri və Xmeymim hərbi bazası istiqamətində açılan mütəmadi atəşin qarşısını almağa kömək edəcək”, - Sergey Lavrov bildirib.

Qeyd edək ki, İdlib Suriyada üsyançıların sonuncu sığınacaq qalası hesab olunur.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə