Netanyahu: Putinə dedim ki, problemin kökü İrandır

Netanyahu: Putinə dedim ki, problemin kökü İrandır

“İsrail özünü müdafiə etmək hüququna malikdir. Lakin ölkəmizlə Rusiya arasında təhlükəsizlik məsələsində əməkdaşlığın davam etdirilməsi də çox vacibdir”.

Bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

Netanyahu 15 rus əsgərinin ölümü ilə nəticələnən hadisəyə görə rəsmi Moskvaya baş sağlığı verib.

“Prezident Putinə bildirdim ki, problemin kökü İranın İsrailə hücum məqsədilə Suriya ərazisindən istifadə etmək və “Hizbullah” kimi düşmənləri bizə qarşı silahlandırmaq cəhdlərindədir”, - Netanyahu deyib.

Qeyd edək ki, təyyarəni vuran Suriya hərbi qüvvələri səhvən belə bir addım atdıqlarını bildiriblər.

Rusiya prezidenti Vladimir Putin hadisənin faciəvi təsadüf olduğunu ifadə edib.

Ötən gün İsrail hərbi hava qüvvələrinin rəisi Amikam Norkin Moskvaya səfər edərək hadisənin təfərrüatına dair Rusiya müdafiə nazirliyinə məlumat verib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə