“İdeyadan biznesə” startap turu (VİDEO)

“İdeyadan biznesə” startap turu (VİDEO)
Sumqayıtın ən innovativ startap layihələri seçildi

Sumqayıt şəhərində “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turu keçirilib.

Startap turuna Sumqayıt şəhəri ilə yanaşı, ətraf rayonlardan olan 100-dən çox iştirakçı qatılıb.

Tədbirdə ilk olaraq iştirakçılar üçün informativ sessiya keçirilib, “İdeyadan Biznesə” layihəsinin konsepsiyası, layihə çərçivəsində keçirilən startap turlarının məqsədi, əldə olunan nəticələr və gələcək planlar barədə məlumat verilib.

Bildirilib ki, “İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilən turlar startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə reallaşdırılır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “Microsoft” şirkəti ilə birgə həyata keçirilən Tədbir çərçivəsində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən keçirilən infosessiyada Fondun startapçılara təqdim etdiyi imkanlar, ənənəvi olaraq elan edilən qrant müsabiqələri və bu müsabiqələrdə iştirakla bağlı ətraflı məlumat verilib.

Seçilmiş layihələr əsas yerlər uğrunda mübarizə aparıblar. İkinci hissənin sonunda mütəxəssislərdən ibarət münsiflər Sumqayıt şəhəri üzrə I, II və III yerlərin qaliblərini müəyyənləşdiriblər.

Beləliklə, müsabiqədə I, II və III yerlərə müvafiq olaraq “Smart reaktor”, “Zoolab”, “Order Bot” layihələri layiq görülüb. Tədbirin yekununda qaliblər təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılıblar.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə