Tanzaniyada bərə faciəsi: 126 ölən var

Tanzaniyada bərə faciəsi: 126 ölən var

Tanzaniyada sərnişin bərəsinin Viktoriya gölündə batması nəticəsində azı 126 nəfər həlak olub.

CNN bu barədə Tanzaniyanın nəqliyyat naziri İsaak Kamvelveyə istinadla məlumat yayıb. Məlumatda qeyd olunur ki, təcili xidmətlərin əməkdaşları axtarış-xilasetmə işlərini davam etdirirlər.

Qəza zamanı bərənin göyərtəsində olan sərnişinlərin dəqiq sayını indiyədək müəyyənləşdirmək mümkün olmayıb. Şahidlərin sözlərinə görə, faciə qurbanlarının sayı 200-ü ötə bilər. Belə bərələr adətən yüzlərlə insan daşıyır və çox vaxt həddən artıq yüklənir.

Xilasetmə əməliyyatlarının iki günü ərzində batmış gəmidən 37 nəfər xilas edilib. Yerli hakimiyyət orqanları ölənlər arasında xarici ölkə vətəndaşlarının olmadığını bildirirlər.

Xatırladaq ki, bərə sentyabrın 20-də Yukora adasından 50 metr məsafədə qəzaya uğrayaraq batıb.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə