Banqkok “Ford”u cərimələdi

Banqkok “Ford”u cərimələdi
291 müştəriyə kompensasiya ödənilməlidir

Tailand məhkəməsi Amerika Birləşmiş Ştatlarının avtomobil istehalçısı “Ford”u cərimələyib.

Məhkəmə qərarına əsasən, şirkət 291 müştəriyə, ümumilikdə, 720 min ABŞ dolları cərimə ödəməlidir.

Müştərilər satın aldıqları “Ford” avtomobillərində transmissiya qüsurlarının olması ilə bağlı məhkəməyə müraciət etmişdilər.

Tailand rəsmiləri qüsurlu avtomobillərin geri çağırılması üçün “Ford”a müraciət edib və 18.5 milyon dollar məbləğində kompensasiya tələb edib.

Qeyd edək ki, eyni zamanda, ABŞ və Kanadada da istehlakçıların hüquq müdafiəçiləri “Ford”dan şikayət ediblər.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə