Müdafiə naziri Rusiya səfiri ilə görüşüb

Müdafiə naziri Rusiya səfiri ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ilə görüşüb.

Səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Müdafiə naziri ona Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Müdafiə naziri Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə olduğu kimi hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində də uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycan-Rusiya əlaqələrinin zəngin tarixə malik olduğunu deyən general-polkovnik Z.Həsənov bunun gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Ölkəmizdə səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Rusiya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

 

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə