Dünya çempionatında ilk gün (VİDEO)

Dünya çempionatında ilk gün (VİDEO)
Cüdoçularımızın gürcü qənimi

Bu gün cüdo milli gimnastika arenasında cüdo üzrə dünya çempionatına start verilib. Mundialın ilk günündə 3 cüdoçumuz mübarizəyə qoşulub. 48 kq-da yarışan 1/8 finalda argentinalı Paula Paretoya ipponla uduzaraq, çıxışlarını başa vurub.

60 kq çəki dərəcəsində isə ölkəmizi 2 cüdoçu təmsil edib. Millimizin medal ümidlərindən olan Orxan Səfərov da Ayşə Qurbanlı ilə eyni aqibəti yaşayaraq mübarizəni erkən başa vurub. Səfərov 1/8 finalda gürcüstanlı Amiran Papinaşviliyə 20 saniyəyə ipponla uduzaraq turnirlə vidalaşıb.

Yığmamız ilk gündə aktivinə yalnız bürünc medal yazdıra bilərdi. Əgər Kəramət Hüseynov bürünc medal uğrunda dueldə məğlub olmasaydı. Orxan Səfərovu mübarizdən kənarlaşdıran gürcü Amiran Papinaşvili 2 saat keçməmiş Kəramət Hüseynovun bürünc ümidlərinə su səpdi yarışda fərdi mübarizəyə, ümumilikdə, 125 ölkədən 758 cüdoçu (460 kişi, 298 qadın) qatılacaq.

Qadınların yarışında 80, kişilərdə isə 118 ölkə təmsil olunacaq. Mundiala sentyabrın 27-də keçiriləcək komanda yarışları ilə yekun vurulacaq.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə