Bakıda ağır avtoqəza: 4 nəfər ölüb

Bakıda ağır avtoqəza: 4 nəfər ölüb

Bakının Nobel prospektində yüksək sürətlə hərəkət edən avtomobil işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində 4 nəfər ölüb.

Bu barədə REAL-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, ölənlərdən üçünün şəxsiyyəti barədə informasiya əldə edilib. Birinin isə kimliyi ilə bağlı məlumat toplanır.

"Ölənlərdən birinin meyiti tanınmaz halda olduğundan onun şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb", - deyə Vaqif Əsədov bildirib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri meyitləri deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə