Qatil danışdı. Qətli törətdiyini etiraf etdi (VİDEO)

Qatil danışdı. Qətli törətdiyini etiraf etdi (VİDEO)
Gözəl Dəmirov polisə ilkin ifadə verib

İstanbulda ofisində öldürülən azərbaycanlı iş adamı Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov polisə ifadəsində cinayəti niyə törətdiyinin səbəbini açıqlayıb.

Habertürk telekanalının yaydığı məlumata görə, Gözəl Dəmirov bildirib ki, Etimad İsmayılovu sahib olduqları şirkətin 2 faizlik payının köçürülməsi məsələsində yaranan mübahisə zamanı öldürüb. Onun sözlərinə görə, şirkətin 2 faizlik səhminin dəyəri 4 milyon dollardır. Belə ki, Gözəl Dəmirov səhmi Etimad İsmayılovun adına keçirməli imiş. Bununla bağlı aralarında razılıq da olub. Lakin səhmlərin köçürülməsi prosesi Gözəl Dəmirov tərəfindən gecikdirilib.

Qətl baş verəndən bir gün əvvəl isə E.İsmayılov və G.Dəmirov arasında telefon danışığı olub. Onlar telefonda mübahisə ediblər. Ertəsi gün G.Dəmirov məsələni həll etmək üçün E.İsmaylovun iş ofisinə gedib və burada da mübahisə düşüb.  

Cinayəti törətdiyini etiraf edən G.Dəmirov bu səhmlərin köçürülməsinin gecikməsinə görə İsmayılov tərəfindən təhdid edildiyi üçün müdafiə məqsədi ilə birinci davrandığını bildirib və qətli törətdiyini deyib.

Qeyd edək ki, Etimad İsmayılov ötən gecə İstanbulda qətlə yetirilib. Etimad İsmayılov Ədalət Partiyasının sədri və Azərbaycanın ilk ədliyyə naziri İlyas İsmayılovun oğlu və tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə