Türk PA-da Qırğız havası (VİDEO)

Türk PA-da Qırğız havası (VİDEO)
Qırğız parlamentinin sədri Bakı-Bişkek aviareysinin açılmasını təklif edib

“Qırğız Respublikası ilə Azərbaycan arasında sadəcə siyasi deyil, həm də qardaş münasibətləri var. Biz həmişə bir yerdə olmuşuq, bundan sonra da bu belə olacaq. Türkdilli Dövlətlərin Parlament Assambleyasının üzv ölkələri böyük potensiala malikdir. Biz bu potensialı səmərəli istifadə edərək bir-birimizi dəstəkləməliyik”.

Bunu ölkəmizdə səfərdə olan Qırğız parlamentinin sədri Dastanbek Cumabəyov jurnalistlərə müsahibəsində dedi.

Spiker 2 ölkə arasında ticari əlaqələrin ilbəil inkişaf etməsinə baxmayaraq, bunun hələ də qaneedici olmadığını da vurğuladı. 

“Ölkələr arasındakı 5 milyon dollarlıq əmtəə dövriyyəsi bizi qane etmir. Ona görə də əməkdaşlığımızı genişləndirməyin yolları barədə müzakirə aparırıq. Həmçinin yaxın vaxtda Bakıdan Bişkekə birbaşa aviareys açmaq barədə Azərbaycan tərəfinə təklif vermişik. Güman edirik ki, təklifimiz yaxın vaxtlarda reallaşacaq”, - deyə Dastanbek Cumabəyov bildirib.

Bu il Türk PA-ya sədrlik edən Qırğız Respublikasının parlament spikeri Dastanbek Cumabəyov Azərbaycan parlamentinin 100 illiyi münasibəti ilə keçiriləcək tədbirə qatılmaq üçün ölkəmizdə səfərdədir. Bu gün o, Türk PA-nın binasında olub, burada parlamentin sədrinə katibliyin fəaliyyəti və binada yaradılan şəraitlə bağlı məlumat da verildi. Sonra Qırğız parlamentinin spikeri binanın həyətində ağac əkdi.

Sonra qonaq Azərbaycan parlamentarilərinin bir neçəsi ilə görüşdü.

Görüşdə Assambleya çərçivəsində əməkdaşlıq məsələləri və qurumun gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparıldı. Dastanbek Cumabəyov Qırğız respublikasının Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu dedi.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə