Etimad İsmayılovun nəşi ailəsinə təhvil verildi - VİDEO

Etimad İsmayılovun nəşi ailəsinə təhvil verildi - VİDEO

İstanbulda qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun nəşi ailəsinə təhvil verilib. REAL-ın məlumatına görə, bir qədər sonra cənazə namazı qılınacaq. 

Etimad İsmayılovun cənazəsi bu gün Azərbaycana yola salınacaq. Cənazənin gecə saatlarında Bakıya gətiriləcəyi gözlənilir. Etimad İsmayılov sabah Nardaran qəbristanlığında dəfn olunacaq. 

Qeyd edək ki, Etimad İsmayılov ötən gecə İstanbulda qətlə yetirilib. Onun qətlində şübhəli bilinən Gözəl Dəmirov saxlanılıb. 

Etimad İsmayılov Ədalət Partiyasının sədri və Azərbaycanın ilk ədliyyə naziri İlyas İsmayılovun oğlu və tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır.
 

Digər xəbərlər
Dünən
15 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə