Donald Tramp KXDR lideri ilə tezliklə görüşəcək

Donald Tramp KXDR lideri ilə tezliklə görüşəcək

ABŞ Prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla tezliklə görüş keçirəcəyini bildirib.

Çərşənbə günü Ağ evdə jurnalistlər qarşısında çıxış edən Tramp bununla bağlı sualı cavablandırarkən “Biz (tezliklə) görüşəcəyik”, - deyib. Lakin Vaşinqton Administrasiyasının başçısı mümkün sammitin vaxtını söyləməyib. Tramp 2018-ci ildə üçüncü dəfə - sentyabrın 18-dən 20-dək keçirilən Koreyalararası sammiti dəstəklədiyini də qeyd edib.

Xatırladaq ki, iyunun 12-də tarixdə ilk dəfə olaraq Sinqapurda ABŞ və KXDR arasında yüksək səviyyəli görüş keçirilib. Sammitin yekunlarına əsasən Donald Tramp və Kim Çen In birgə bəyannamə qəbul ediblər. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olması, ABŞ isə bunun qarşılığında KXDR-ə təhlükəsizlik zəmanəti vermək barədə öhdəlik götürüb.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə