Sərnişinlərin həyatı ilə oynayanlar (VİDEO)

Sərnişinlərin həyatı ilə oynayanlar (VİDEO)
Azərbaycanda sürücülər heç bir təlim görmədən avtobus sürür

Bu görüntülər Bakıda çəkilib. 211 saylı marşrut üzrə hərəkət edən avtobusun sürücüsü Yasamal rayonu ərazisində, Əsəd Əhmədov küçəsində dəfələrlə qarşı zolağa çıxır, sərnişinlər, eləcə də, digər nəqliyyat vasitələri üçün təhlükə yaradır. 

Belə səhnələrlə ilk dəfə deyil rastlaşırıq. Avtobus sürücülərinin qayda-qanunlara sayğısız münasibəti faktları mütəmadi ictimailəşdirilir. Tədbirlər də görülür. Bəzi hallarda daşıyıcı şirkət, bəzən sürücülər cəzalandırılır. Lakin bu tədbirlərə baxmayaraq, avtobus sürücülərinin qanunsuz əməlləri davam edir.

Mütəxəssislərin fikrincə, baş verənlər bəzi avtobus sürücülərinin peşəkarlığının aşağı səviyyədə olması ilə yanaşı, həm də onları psixoloji hazırlığından da asılıdır. 

Avropa ölkələrindəki təcrübə ilə maraqlandıq. Avropa ölkələrində avtobus sürücüsü olmaq bizdəki qədər asan deyil. Daşıyıcılar sükanı hər sürücüyə etibar etmirlər. Bu ölkələrdə sürücü olmaq üçün ilk növbədə 21 aylıq kurs bitirmək lazımdır. Amma kursa yazılmağın özü də imtahanladır. Sürücü olmaq istəyənlər riyaziyyat və texniki fənlər də daxil olmaqla bir neçə testdən keçirlər. Daha sonra onların görmə, eşitmə qabiliyyəti yoxlanılır, qanda narkotik analizi aparılır. 21 aylıq kursun 6 ayı təcrübəyə ayrılır. Sürücülüyə namizədlər daha təcrübəli sürücülərin yanında təcrübə leçirlər. Kursu bitirənlər özəl avtobus şirkətlərinə iş üçün müraciət edirlər və onları daha bir imtahan gözləyir. Sürücülüyə namizəd psixoloji testdən də keçir, onun stresli və fövqəladə vəziyyətlərə hazırlıq səviyyəsi yoxlanılır. Amma bu da sürücü olmaq üçün kifayət etmir. Sürücü olmaq istəyən şəxslər təxminən iki həftə təlimatçının müşayiəti ilə vizual tanışlıq üçün sərnişin kimi avtobuslarda gəzir. Yalnız bundan sonra avtobusun sükanı arxasına keçmək olar. Amma cəmi bir illik. Bir il ərzində səhvsiz işləyən sürücü ilə müddətsiz müqavilə bağlanır. 

Bəs Azərbaycanda necədir? Bakı Nəqliyyat Agentliyi də sürücülərin peşəkarlıq səviyyəsindən narazıdır.

Mais Ağayevin sözlərinə görə, Bakıda sürücülər üçün təlim mərkəzi açılıb. Lakin hazırda avtibusların sükanı arxasında əyləşənlərin əksəriyyəti o kurslardan keçməyib. Avropadan fərqli olaraq, hələlik Azərbaycanda sürücülər avtobus sürə-sürə kurslardan keçirlər, kurs keçdikdən sonra avtobus sürmürlər.

Və sonda yenə qayıdaq süjetin əvvəlindəki hadisəyə. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Reltv.az saytında gedən məlumat dərhal nəzarətə götürülüb və daşıyıcı BNA çağırılıb. Sürücü Mahmudov İlkin Famil oğlu sərnişinlərin həyatını təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verdiyi üçün daşıyıcı tərəfindən dərhal işdən azad edilib. Amma bu son deyil. Sürücü etdiyi qayda pozuntusuna görə yol polisi tərəfindən də inzibati məsuliyyətə cəlb ediləcək.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə