Əsrə bərabər gün (VİDEO)

Əsrə bərabər gün (VİDEO)
“Əsrin müqaviləsi”ndən 24 il ötür

Əsrin müqaviləsi adlı sənədin bağlandığı günü əslində əsrə bərabər gün də saymaq olar. 20 sentyabr 1994-cü il. Gülüstan Sarayı və gül yox, neft qoxan ölkəyə təşrif buyurmuş yüzlərlə qonaq.

Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft şirkəti ilə xarici şirkətlər arasında imzalanan bu müqavilə Azərbaycanı iqtisadi məngənədən xilas etməliydi. Azərbaycan isə o illərdə təkcə iqtisadi yox, həm də siaysi məngənədəydi.

Bu sazişin Azərbaycan cəmiyyətinin inkişafına, iqtisadiyyatın dirçəlməsinə, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə təsirindən xoflananlar Azərbaycanı başqa dövlətlərin himayəsində görmək istəyənlər hər vasitə ilə ölkədə qarışıqlıq yaratmağa cəhd edirdilər.

Ölkədə hər gün adamları təəccübləndirən hadisələr baş verirdi. Gah həbsxanadan ağır cinayətlər üstündə mühakimə olunmuş, ölüm cəzasına məhkum edilmiş adamları qaçırdırdılar, yüksək dövlət vəzifəli şəxslər barədə terror aktları həyata keçirdirdilər. Məsələn, həmin dövrdə parlamentin sədr müavini Afiyəddin Cəlilov “Əsrin Müqaviləsi” imzalandan 9 gün sonra – sentyabrın 29-da yaşadığı binanın bloku qarşısında güllələnmişdi.

Üstündən heç bir həftə keçməmiş – oktyabrın 4-də baş nazir Surət Hüseynovun və Rövşən Cavadovun başçılığı ilə dövlət çevrilişinə silahlı cəhd göstərildi, Mahir Cavadovun rəhbərliyi ilə XTPD respublika prokurorluğuna silahlı basqın oldu. Baş prokuror Əli Ömərova qarşı zorakılıq edildi.

O vaxt xatırlayıram ki, prezident Heydər Əliyevin çağırışı ilə yüz minlərlə adam Prezident sarayı qarşısına toplaşıb dövlətin yanında olduqlarını bildirdilər. Bu, 1995-ci ilin martında dövlət çevrilişinə cəhddə də özünü göstərdi. 

Qısası, Azərbaycan “Əsrin müqaviləsi”nə doğru az qala bir ildə bir əsrlik yol qət etdi. Ən sonunda istəyinə nail oldu. Dünyanın 11 ən iri neft şirkəti Azərbaycana gəldi. Başqa sözlə, Azərbaycan dünyanın bir parçasına çevrildi.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə