Çinin baş nazirindən çağırış

Çinin baş nazirindən çağırış
Azad ticarətə dəstək olmaq lazımdır

Çinin baş naziri Li Ketsyan dünya ölkələrini azad ticarətə dəstək verməyə çağırıb.

Tyantszin şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı Li Ketsyan bildirib ki, hökumətlər multilateralizm siyasətini əsas götürməlidir.

Baş nazir Amerika Birləşmiş Ştatları ilə Çin arasında gedən ticarət müharibəsi fonunda belə bir çağırış edib.

“Multilateralizm və ticarətin əsaslarını müdafiə etməliyik. Hər nə qədər bu əsasların inkişaf etdirilməsinə ehtiyac olsa da, bu prinsiplər bəşəriyyətə fayda və tərəqqi gətirib. Əgər hər hansı bir problem varsa, danışıqlar yolu ilə həll edilməlidir. Problemə təktərəfli müdaxilə isə, onun məqbul həlli ola bilməz”.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları sonuncu dəfə Çindən idxal edilən 200 milyard dollar həcmində məhsula əlavə rüsum təyin edib.

Pekin isə öz növbəsində 60 milyard dollar həcmində olan ABŞ məhsulları üzərində tarifləri artırıb.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə