Robert Koçaryan: Paşinyan bir gün də olsun orduda xidmət etməyib

Robert Koçaryan: Paşinyan bir gün də olsun orduda xidmət etməyib

Qarabağ məsələsində istənilən ehtiyatsızlıq təmas xəttində atışmanın intensivliyinə gətirib çıxaracaq.

Bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryan Rusiya nəşri “Kommersant”a müsahibəsində deyib.

R.Koçaryan baş nazir Nikol Paşinyanın Yerevanın baş meydanında Qarabağ münaqişəsinin nizama salınması məsələsi ilə bağlı kəskin ifadələr işlətdiyi nitqini tənqid edib.

"Mən Qarabağ üzrə uzun müddət, hələ Qarabağ “prezidenti” (dırnaq bizimdir-virtualaz.org) olandan danışıqlar aparmışam. İstənilən danışıqlar istənilən müharibədən daha yaxşıdır. Məsələ poza verib həyəcanlı kütlənin populist ovqatda qəbul edəcəyi şüarlar səsləndirməkdə deyil", — deyə Ermənistanın keçmiş rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, Yerevan təmas xəttində atışmanın azaldılmasına imkan yaradacaq məsuliyyətli siyasət aparmalıdır. Və bu vaxt heç bir halda mövqeyi vermək olmaz.

"Bu, mitinq müzakirələrinin predmeti ediləsi mövzu deyil. İstənilən ehtiyatsızlıq bu gün təmas xəttində səngərlərdə olanların həyatı üçün təhlükə yaradacaq atışmanın intensivliyi ilə nəticələnəcək. Bundan sadəcə imtina etmək lazımdır", — Robert Koçaryan bildirib.

Ermənistanın sabiq prezidentini hiddətləndirən odur ki, bu cür bəyanatları orduda xidmət etməmiş və ön cəbhədə olmamış bir şəxs verir.

"Bu gün hökumətdə demək olar ki, hərbidə xidmət etmiş insanlar yoxdur. Əlbəttə, heç bir prinsipial danışıq mövqeyini əldən vermək olmaz, amma nizamasalma problemini populist mövzula çevirmək — son dərəcə məsuliyyətsizlikdir", - keçmiş dövlət başçısı vurğulayıb.

R. Koçaryan onu da qeyd edib ki, böyük siyasətə qayıdır. Sabiq hakim partiya olan Respulikanı dəstəkləyəcəyi və ya yeni partiya yaradacağı sualına isə siyasətçi cavab verməkdə çətinlik çəkib.

Sabiq prezident Rusiya lideri Vladimir Putinlə şəxsi dostluğundan da danışıb. Xatırladaq ki, 31 avqustda Putin Koçaryana zəng edərək onu 64 yaşına qədəm qoyması münasibətilə təbrik edib. Ermənistanda çoxları bunu Rusiya tərəfindən Koçaryana sözsüz siyasi dəstək kimi qiymətləndirir.

Yeri gəlmişkən, bunu “Kommersant”a R.Köçəryan özü də deyib: “Bu zəng mənim üçün ciddi dəstəkdir. Amma mən bu cür münasibətləri heç vaxt reklam edərək ictimailəşdirməmişəm”. /Virtualaz.org/

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə